Proloterapiya haqqında
Proloterapiya (proliferativ müalicə), həmçinin, qeyri-cərrahi liqament vətər rekonstruksiya və regenerativ oynaq inyeksiyası kimi də tanınır. Proloterapiya orqanizmin sağalma prosesini stimulyasiya edərək zədələnmiş ağrılı oynaqları, birləşdirici toxumanı gücləndirir və bərpa edir. Bəzən bağlar və vətərlər “qırılır” və ya “cırılır”, bu zaman onlar oynağın qeyri- stabil olmasına və ağrılı olmasına səbəb olur. Proloterapiyanın nadir bacarığı onun birbaşa qeyri- stabilliyin səbəbinə təsir etməsi, zəifləmiş nahiyəni bərpa edir və yeni kollagen toxuma hazırlayaraq, oynağın davamlı olaraq stabilizasiyası ilə nəticələnir. Oynaq stabilləşdikdə ağrı itir.
Proloterapiyanın təsir mexanizmi necədir?
Proloterapiya orqanizmin təbii sağaldıcı mexanizmlərini stimulyasiya edərək zəifləmiş nahiyədə toxumanı yeniləyir. Bu, birbaşa zədə nahiyəsinə inyeksiya edilməsi ilə aparılır. Yeridilən iynə vasitəsi ilə yaradılan zəif mikrobsuz iltihab yeni və sağlam bağ və ya vətər liflərinin yaranması nəticəsində zəifləmiş strukturlar möhkəmlənir. Bir neçə dəfə bu prosesin təkrar edilməsi həmin nahiyədə toxumanın təbii möhkəmliyini bərpa etməsinə səbəb olur.
Proloterapiya hansı xəstəliklərdə effektivdir ?
Degenerativ disk xəstəlikləri də daxil olmaqla bel ağrıları və sakro-iliak oynağı burxulmaları\disfunksiyası, boyun ağrıları ;
Diz ağrıları ; Dizdə menisk cırılmaları ; Bilək və ya əl ağrıları ; Osteoartirit ; Çiyin ağrıları ; Dirsək ağrısı ; Qolf və tenisçi dirsəyi ; Plantar fasiit və ayaq ağrıları ; Topuq ağrısı və burxulmaları ; Pubis osteit ; Piriformis sindromu ;
Temporal mandibulyar oynaq sindromu və ya digər əzələ-oynaq ağrı və zədələnmələri.
Proloterapiya müalicəsi ağrılırdırmı?
Ağrı inyeksiya olunan nahiyədən yeridilən məhlulun seçilməsindən və proloterapiyanı edən mütəxəssisin bacarığından asılı olaraq dəyişir. Ümumilikdə götürdükdə, dözülən ağrıdır. Müalicədən sonra 2-3 gün ərzində müvəqqəti olaraq yüngül şişkinlik və gərginlik səbəbindən ağrı arta bilir. Proloterapiya müvəqqəti ağrıkəsici bir metod deyil, zədələnmiş toxuma və bağların bərpasına, sağalmasına əsaslanan bir müalicə metodudur.
Proloterapiya kimlərdə effektivdir ?
Proloterapiyada effektivlik pasiyentin xəstəlik hekayəsindən, eləcə də pasiyentin sağlamlığı, sağalma qabiliyyətindən və sağalma prosesinə təsir edən hər hansı maddələrin çatışmazlığından asılıdır.
Proloterapiya seansları hansı aralıqlarda aparılır ?
Müalicə intervalı proloterapiya mütəxəssisinin protokolu üzrə müalicə olunan nahiyənin ağırlıq vəziyyətindən asılı olaraq, dəyişir. Adətən, həftədə iki dəfə olmaq şərtilə, ümumi olaraq seans sayları sağalma effektinə birbaşa bağlıdır. Bəzi xüsusi hallarda isə bu interval çox qısa və ya seans sayları daha çox ola bilir.
Proloterapiyanın tarixi:
Proloterapiya/ skleroterapiya e.ə 500-ci illərin əvvəlində Roman əsgərlərinin çiyin oynağının dislokasiyaları və zədələnmələri zamanı isti dəmirlə müalicə edilərək çiyin oynağında zədələnmiş və cırılmış bağların, liqamentlərin sağalması üçün istifadə edilib. Tibb sahəsində böyük inkişafı fibroz toxumanı möhkəmləndirən və yenisini yaradan, zədələnmiş toxumada çapıq toxuma yaranmasından üstün olaraq normal kollagenin yaranmasını təmin edən təkmilləşmiş müasir metodların istifadəsinə gətirib çıxardı.
Eləcə də doktor George Hackett, həkim Gustav Hemvall ilə birgə bu inyeksiyon müalicə haqqında kitab yazdı. Onların tədqiqatı hələ də istifadə edilir. Regenarativ tibbdə nailiyyətlər daha yaxşı məhlulların bu metodda tətbiq edilməsinə gətirib çıxardıb.